Bakıda QHT rəhbərinin ‘Lexus’u yandı- FOTOLAR

Bakıda QHT rəhbərinin ‘Lexus’u yandı- FOTOLAR
Bütün Xəbərlər
01:50 21.10.2014
676

Bakının Səbail rayonunda avtomobil yanıb. 

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb. “Lexus” markalı  10- UA-350  dövlət nömrə nişanlı maşın qəfildən alovlanıb. Xoşbəxtlikdən maşında olan  2 nəfərə heç  xəsarət dəyməyib.  Maşının sürücüsü Mahirə Əmirhüseynovanın sözlərinə görə, avtomobildə nasazlıq hiss edən kimi ətrafdakıların təkidindən sonra avtomobili tərk edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin  texnikası  və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.

İlkin ehtimala görə, yanğına maşının mühərrik hissəsində baş verən qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkən Mahirə Əmirhüseynova “XXI Əsrin Qadınları” İctimai Birliyin rəhbəridir.

 

OXŞAR XƏBƏRLƏR