Hacıyev bıçağı Abdullayevin ürəyinə sancıb.
Nəsimi rayonunda qətl hadisəsi baş verib.
AZXEBER.COM Vesti.ru-ya istinadən bildirir ki, Nəsimi rayon Polis bölməsindən bildirilənə görə, cinayətin qurbanı 24 yaşlı Pərviz Abdullayev olub.
Cinayət 3-cü mikrorayonda, Cavadxan 34 ünvanında baş verib.
Məlumdur ki, 25 yaşlı Hacıbala Hacıyev Abdullayevə bıçaqla zərbə endirib.
İlkin istintaq zamanı cinayətin motivi məlum olub.
Abdullayev Hacıyevin bacısı ilə görüşürmüş. Bunu bilən Hacıyev əsəbiləşir və Abdullayevlə söhbət etmək istəyir.
Söhbət zamanı cavanlar arasında konflikt yaranır, Hacıyev bıçağı bacısının sevgilisinin ürəyinə sancır.
Cinayəti törətdikdən sonra Hacıyev zərərçəkəni xəstəxanaya gətirir, amma artıq gec idi Abdullayev vəfat edir. Hacıyev polis bölməsinə gələrək, cinayəti etiraf edir.
Fakt üzrə cinayət işi açılıb.