Metronun “Neftçilər” stansiyası yaxınlığında “Ledi Şarm” geyim mağazasında yaranan mübahisə kütləvi davaya səbəb olub.AZXEBER.COM-un məlumatına görə, bu barədə axar.az xəbər verib.Verilən məlumata görə, müştəri satıcı qıza söz atıb və mübahisə yaranıb. Mübahisə əlbəyaxa dava ilə nəticələnib və müştərini döyüblər. O da öz növbəsində hadisə yerinə tanışlarını çağırıb və dava daha da böyüyüb. Dostunun köməyinə gələnlər mağazanın administratorunu döyüb, başını-gözünü partladıb, mühafizəçinin isə ona dəyən zərbədən ürəyi gedib, dükanda işləyən dərzi də döyülüb. Yaxınlıqda isə bir minik maşını dava zamanı təpiklərdən zədələnib.