Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kursunda təhsil alan M.Kazımovun ölümündən əvvəl sevdiyi qıza yazdığı məktub da istintaqçıların əlinə keçib.
Dəryanın içində boğuluram mən
Elə hey soruram özümözümdən
Bu fani dünyanın yoxmu xəbəri?
Ac qalıb,əl açıb pay dilənəndən
***
Sükutumdur yol yoldaşım,
Sükutda donub göz yaşım,
Dözümlə bitmir savaşım,
Məni özümlə tək qoyun.
***
Həyatda əbədi izlər buraxan,
Güclüye güc verən, zəifi yıxan,
Qəbir evinə kimi yandırıb yaxan,
Qadasın aldığım gənclik çağıdır.
AZXEBER.COM-un məlumatına görə, Rayon Prokurorluğundan milli.az-a verilən məlumatda tələbə oğlan sevdiyi qıza olan məhəbbətini özünü ona fəda etməklə sübut edib.
Rayon ərazisində 21 yaşlı Mirnemət Kazımov özünü kirayə yaşadığı binanın 17-ci mərtəbəsindən atıb.
Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kursunda təhsil alan M.Kazımovun ölümündən əvvəl sevdiyi qıza yazdığı məktub da istintaqçıların əlinə keçib. Onun özünü atdığı eyvanda gənc bir qızın fotosu tapılıb. Fotonun arxasında “Hər şey sənə görədir. Məni yaşamağa qoymadın” məzmunlu sözlər yazılıb. Görünür, məktubu mərhum tələbə yazıb və sonradan özünü aşağı atıb. Ona görə də gənc tələbənin özünü öldürməsinə sevgisinin səbəb olduğu ehtimal olunur.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. Cəlilabad rayonundan olan M.Kazımov seyiddi.
AZXEBER.COM portalı mərhum M.Kazımovun “facebook” profilindəki şəkillərini və statuslarını təqdim edir.
Əfsələddin Ağalarov