Bakıda qonşular bir-birini girdi - VİDEO

Bakıda qonşular bir-birini girdi -  VİDEO
Bütün Xəbərlər
00:04 13.12.2014
1387

75 yaşlı ağsaqqalın yaşadığı ev qonşusuna məxsus imiş

75 yaşlı ağsaqqal qonşuları tərəfindən sıxışdırıldığını iddia edir. Səbəb isə yaşadığı evin qonşusuna məxsus olmasıdır.ANS TV-nin məlumatına görə, paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsi 50 ünvanında yaşayan 1939-cu il təvvəlüdlü Ələsgər Quliyevin imdadına qonşusu Camal çatıb. Gənc oğlan deyir ki, ağsaqqal kimsəsiz olduğundan hər gün elə qonşularının təzyiqinə məruz qalır. Biz də ağsaqqalın mənzilinin qapısını döyməli olduq. Görünən dağa nə bələdçi. Hər şey ortadaydı. 75 yaşlı kişinin yaşadığı otaq və onun vəziyyəti göz qabağındaydı.Ələsgər Quliyevin dediklərinə görə, o elə doğulduğu gündən etibarən burada yaşayır. Ancaq illər keçdikdən sonra İslamovlar ailəsi onun yaşadığı evin bir otağından digərinə köçürüblər. Səbəb kimi də mülkün onlara məxsus olduğu göstərilib. Ayağından əlil olan Ələsgər dayı yaşlandıqca qayğısı da artır. Ailə həyatı qurmayan Ələsgər dayı tək qonşusu Camalın ümidinə qalıb. Ancaq qonşu İslamaovlar ailəsi ona hər gün təzyiq göstərir. Bütün bunlar 75 yaşlı ağsaqqalın fikirləridir.Bu zaman qonşular da söhbətimizə müdaxilə etməyə başladı. Bildirdilər ki, sənədli, sübütlu bu mülk onlara məxsusdur. Hətta bunu təsdiqləyən məhkəmə qərarı və mülkə dair çıxarışları da var. Dedilər və göstərdilər də. Bununla razılaşmayan ağsaqalla qonşular arasında mübahisə başladı.İndi çarəsiz qalan bu 75 yaşlı əlil kişi demək olar ki, onun üçün sığınacağa çevrilmiş bu otağa sözün həqiqi mənasında sığınıb. Nə sanitar qovşağı, nə də hamam otağı olmayan bu balaca məkana mehrini salan Ələsgər dayı heç qocalar evinə də getmək istəmir. Deyir buralar mənim ata-baba yurdumdur. Sadəcə mənə baxan olsa yetər.Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, qayğıya ehtiyacı olan 75 yaşlı Ələsgər Quliyevın vəziyyətilə gələn həftə ərzində maraqlanacaqlar. Bundan sonra ona kömək göstəriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
14:31 12.09.2025
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
14:30 12.09.2025
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm