Bakıda qoyunu avtobusa mindirdilər - FOTO

Bakıda qoyunu avtobusa mindirdilər - FOTO
Bütün Xəbərlər
15:13 06.06.2014
1204
Bakıda ictimai nəqliyyatda maraqlı anlar yaşanıb. 
AZXEBER.COM-un məlumatına görə, paytaxtda qoyun avtobusa mindirilib. Heyvanın ictimai nəqliyyatdakı görüntüsü sosial şəbəkədə yayılıb.
Hadisə bu gün səhər saatlarında 128 nömrəli avtobusda qeydə alınıb. Sərnişinlərdən birinin qoyunla ictimai nəqliyyata minməsinə heç bir problem yaranmasa da, digər sərnişinlər buna etirazını bildirib. 
Qoyunun sahibi isə "Qoyundur da burda nə var ki?" deyə bildirib.
AZXEBER.COM sosial şəbəkədə yayılan maraqlı görüntünü təqdim edir.
OXŞAR XƏBƏRLƏR