DİN məlumat yaydı.
Bakıda polis quldurluq törətmiş şəxsləri saxlayıb.
Bu barədə AZXEBER.COM-a DİN-nin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunur ki, fevralın 8-də Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Bakı şəhər sakini Əfqan Məmmədovun pulunu quldurluq yolu ilə almış paytaxt sakinləri saxlanılıb.
Cinayəti törədən Tural Əhmədov, Daşlı Babayev, Ərəb Ərəbəliyev və Oqtay Nizaminin əvvəllər məhkum olunduğu bildirilir.