Bakıda quldur qardaşlar tutuldular

Bakıda quldur qardaşlar tutuldular
Bütün Xəbərlər
15:21 22.11.2012
1447
Bakıda sürücüyə qarşı quldurluq edən qardaşlar tutulub.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, noyabrın 22-də Nəsimi rayonu ərazisində, Bakı şəhər sakini Elməddin Quliyevin "Daewoo" markalı avtomaşınına sərnişin qismində oturmuş 2 naməlum şəxs küt alətlə ona baş nahiyəsindən xəsarət yetirib, 80 manat pulunu alıblar.Nəsimi RPİ-nin 22-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Bacanov və onun qardaşı Tərlan tutulublar. Turaldan 1,7 qram, Tərlandan isə 1,6 qram heroin götürülüb.Araşdırmalar zamanı noyabrın 16-da Tofiqə Qasımova qarşı quldurluğun Tərlan və Tural Bacanov qardaşları tərəfindən törədilməsi də müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR