Bakıda rəfiqəsini corabla boğub öldürən qadının cəzası verildi

Bakıda rəfiqəsini corabla boğub öldürən qadının cəzası verildi
Bütün Xəbərlər
17:35 18.12.2014
1000
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini öldürməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Sevinc Hüseynova barəsindəki cinayət işinin məhkəməsi başa çatıb.
AZXEBER.COM  lent.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə S.Hüseynovaya hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə 48 yaşlı qadın 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il martın 29-da Binəqədi rayonunda baş verib. Bakı şəhər sakini Sevinc Hüseynova Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yaşayan tanışı Yasəmən Salıyevanın mənzilində ev sahibəsini kapron corabla boğaraq öldürüb.
S. Hüseynova martın 30-da könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gələrək təslim olub.
OXŞAR XƏBƏRLƏR