Bakıda restoranda qumar oyunu təşkil edən ifşa olundu

Bakıda restoranda qumar oyunu təşkil edən ifşa olundu
Bütün Xəbərlər
12:55 24.07.2014
710

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azadlıq prospektində yerləşən “Arena City” restoranında, Lerik rayon sakini Vaqif Şamilovun “Poker” kart-qumar oyunları təşkil etməsi müəyyən edilib.

AZXEBER.COM Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, restorana baxış zamanı 2 ədəd “Poker” oyun kart dəsti, qumar oyunlarına qoyulmuş 245 manat aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR