Bakıda restoranda dava baş verib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Cəfər Xəndan küçəsi-3 ünvanında yerləşən “Oazis” restoranında qeydə alınıb.
1987-ci il təvəllüdlü Bakı şəhər sakini Rauf Mahir oğlu Əsgərov övladının doğum gününü qeyd edərkən restoranda olan Cabir və Sabir adlı şəxslərlə aralarında mübahisə yaranıb. Nəticədə R.Əsgərov bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparılır.