Bakının Binəqədi rayonunda şadlıq sarayının qarşısında qadınları fahişəliyə cəlb edən ifşa edilib
Bu barədə teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, 1981-ci il təvəllüdlü Sofiya Yusifəliyeva tutulub.
Sofiya Yusifəliyevanın “Banu Çiçək” şadlıq evinin qarşısında qadınları kişi müştəriləri ilə görüşdürməsi ilə bağlı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında əməliyyat keçirilib və məlumat öz təsdiqini tapıb.
Sofiya Yusifəliyeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsu müəyyən olunub. O, Binəqədi rayonu, Azadlıq prospekti 1 ünvanında yerləşən “Banu Çiçək” şadlıq sarayınım qarşısında qadınları fahişəliyə cəlb edirmiş.
Faktla bağlı araşdırma aparılır.