Bakıda restoranların "servis haqqı" dələduzluğu: "Nəzarət olsa, belə soyğunçuluq edə bilməzlər!"

SOSİAL
18:16 11.07.2023
1803
Artıq illərdir ki, Bakıdakı bir çox restoranlar müştərilərə təqdim edilən hesabdan əlavə olaraq servis haqqı da tələb edirlər. Kassa çeklərinin altında qeyd olunan servis faizindən çox vaxt istehlakçının ya xəbəri olmur, ya da ən sonunda - hesabı ödədikdən sonra xəbəri olur. 

Restoranlar tərəfindən tələb edilən servis haqları minimum 10, maksimum 25 faizə qədərdir. İki gündür sosial şəbəkələrdə yayımlanan fotolardan birində isə hesabın üzərinə 25% servis haqqı tələb edildiyi qeyd edilmişdi. 
 


Belə olan halda ortaya haqlı suallar çıxır: Bu tələb qanunidirmi? Restoranlarda müştəridən servis haqqı tələb edilməlidirmi?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu tələbin soyğunçuluqdan başqa bir şey olmadığını deyib: 

"Bəzi ölkələrdə servis haqqı faiz ilə müəyyən olunur. Məsələn, Kanadada 20 faiz təşkil edir. Ancaq verməsən də heç kim onu səndən tələb etməz. Başqa ölkələrdə bunun kassa çekinə yazıldığına rast gəlməmişəm. Azərbaycanda isə istehlakçının soyulması davam edir. Bu restoranlarda böyük özbaşınalığın olduğunu göstərir. Bir çaynik çaya 50-100 manat tələb edirlər. Dənizə tərəf baxıb o çayı içəcəksənsə pulun da dəyəri artır. Bu sadəcə tragikomediyadır. Xidmət haqqının tələb edilməsi heç bir hüquqi sənəddə göstərilməyib”.




Eyyub Hüseynov hesab edir ki, bununla bağlı qaydaların formalaşmasına ehtiyac var:

"Qaydalar tətbiq edilməlidir. Restoranlar bu qaydalar əsasında işləməlidirlər. Qaydalar olmadığı üçün istehlakçını necə gəldi soyurlar. Vətəndaş da servis haqqını verməyə məcbur olur. İstehlakçı öncədən bilməlidir ki, bu qədər xidmət haqqı verəcək. Azad İstehlakçılar Birliyi nöqteyi-nəzərindən bu istehlakçının hüquqlarının pozulmasıdır. Azərbaycanda turizm inkişafına böyük zərbədir.
Və yekunda Azərbaycan haqqında pis imicin formalaşmasına səbəb olur”.

AİB sədrin sözlərinə görə bəzi biznes qurumları dövlətin qanunlarını ayaq altına salıb tapdalayır:

"Bu işdə cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” isə sadəcə gözünü yumur. Dəfələrlə ölkə Prezidenti qiymət artımının, monopoliyanın olduğunu dilə gətirib, tapşırıqlar verib. Lakin  adı çəkilən dövlət qurumu bu sahədə heç bir iş görməyib. Restoranlar üçün qaydalar hazırlayıb, təsdiq olunmalıdır ki, istehlakçıların başına bu işlər gətirilməsin”.




Milli Məclisin deputatı Elman Nəsirov AZXEBER.COM-a açıqlamasında məsələyə fərqli yanaşıb. Onun fikrincə, yaxşı xidmət edən restona bəxşiş verilə bilər:

"Bəzi restoranlarda xidmət haqqının məcburu qaydada verilməsini tələb edirlər. Halbuki bu xidmətə görə verilməlidir. Yaxşı xidmət etmisənsə, vətəndaş bu pulu verə bilər, etməmisənsə yox. Seçim restorana gələn insanın olmalıdır. Yüksək xidmət göstər ki, bunun qarşılığında maddi dəstək edilsin. Məcburi tələb etmə qəbuledilməzdir. Bu cəmiyyətdə də narazılıqların yaranmasına səbəb olur”.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb