Bu gün Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yerində olan AZXEBER.COM portalının əməkdaşının sözlərinə görə, hadisəyə səbəb Mercedes-Benz “S-Class” markalı avtomobilin sürətlə dar küçələrdə hərəkət etməsi olub.
Nəticədə sürücü idarəetmə qabiliyyətini itirərək avtomobili yaşayış binasının divarına çırpıb.
Hadisə nəticəsində heç bir yaralanan olmasa da, avtomobilin ön hissəsinə ciddi ziyan dəyib.
Günel Şükürova




