Bakıda şagirdi döydüyü iddia edilən müəllim danışdı - AÇIQLAMA

Bakıda şagirdi döydüyü iddia edilən müəllim danışdı - AÇIQLAMA
Bütün Xəbərlər
16:31 15.01.2013
5975
Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, 175 saylı orta məktəbdə qalmaqal yaşanıb.Həmin məktəbin 5-ci sinif şagirdi Cəfərova Fəridənin valideyni Əlişova Səbinə AZXEBER.COM-a göndərdiyi məktubda qızının müəllimə tərəfindən döyülərək təhqir olunduğunu bildirib.Valideyn bu haqda deyib: 14 Yanvar 2013-cü il tarixində Bakı şəhəri 175 saylı ümumtəhsil tam orta məktəbin 5-ci sinif şagirdi olan mənim qızım Cəfərova Fəridə ana dili dərsində müəllim Natəvan Quliyeva tərəfindən təhqir olunub.
Fəridənin dərsdə karandaş əvəzinə qələm ilə yazması Natəvan Quliyevanın qəzəbinə səbəb olub. O, Fəridəni sözlə təmbeh etmək ya da səhvini düzəltmək əvəzinə çiyinlərindən iki əli ilə tutub möhkəm silkələyib və uşağın üzündən əli ilə vurub. Eyni zamanda o, uşağı nəlayiq sözlər ilə təhqir edib. Uşağa bütün sinif şagirdləri qarşısında fiziki və mənəvi cəhətdən zərbə endirib. Bununla uşağın mənliyinə və şəxsiyyətinə toxunmuş olub. Qeyd etmək istəyirəm ki, bu kimi hallar məktəbdə ilk dəfə deyil. Sadəcə müəllim sonradan pis münasibət göstərə biləcək və həmin münasibət qiymətlərdə də öz əksini tapacağından qorxaraq uşaq susub, bizə heç bir şey bildirməyib. Lakin, bu tək mənim qızımın başına gələn əhvalat deyil. Natəvan Quliyeva mütəmadi olaraq digər şagirdləri də dəfələrlə fiziki təzyiqə məruz edib və nəlayiq sözlər işlədib. Bununla əlaqədar bir neçə dəfə sinif rəhbəri Sara xanım Musayevaya və məktəbin təhsil üzrə müdiri Tünzalə Həsənovaya təhqir olunan və fiziki təzyiaqə məruz qalan uşaqların valideynləri tərəfindən müraciətlər olunub. Lakin, bu müraciətlərin nəticəsində heç bir tədbir görülməyib. Əksinə, həmin şikayyətlərdən sonra Natəvan Quliyeva uşaqlara qarşı daha qəddar olub və şantaj edərək qiymətlərini aşağı salmaqla qorxudub, onları susmağa məcbur edib.
Bu, uşaq üçün psixi cəhətdən çox böyük zərbədir və qəbuledilməz bir münasibətdir. Uşaq müəllimə baxıb ondan davranış qaydalarını öyrənməlidir, müəllim şagirdlərə örnək olmalıdır, şagir müəllimə etibar etməlidir. Biz isə tamamilə əks hal ilə üzləşirik.
Mən israrla Natəvan Quliyevanın onun əmək kitabçasında xüsusi qeyd edilmək şərtilə işdən azad olunmasını tələb edirəm. Çünki bu insan müəllim adlandırıla bilməz və onu uşaqlara yaxın buraxmaq cinayətdir.
Məsələyə aydınlıq gətirmək üçün 175 saylı məktəbin təhsil işləri üzrə direktor müavini Tünzalə Həsənova və şagirdi döyməkdə ittiham edilən Azərbaycan dili və Ədəbiyyat müəlliməsi Natəvan Quliyeva ilə əlaqə saxladıq.Natəvan Həsənova AZXEBER.COM-a açıqlamasında iddiaları təkzib edib: “Dünən Azərbaycan dili dərsində uşaqlara test verdim və onlara testin üzərində qələm ilə yox, karandaşla yazmalarını tapşırdım. Lakin Fəridə adlı şagirdim testi qələmlə yazdı. Mən isə bunun qarşılığında sadəcə bir qədər acıqlı səslə ona reaksiya verdim, vəssalam. Daha valideynin dediyi kimi, nə uşağı döydüm, nə də təhqir etdim. Bu gün isə həmin valideyn (Əlişova Səbinə) məktəbə gəldi və məni bütün uşaqların, müəllimlərin gözü qarşısında təhqir etdi. Mənim yaxamdan yapışıb divara dirədi, ətrafdakı müəllimlər müdaxilə etməsəydi, bəlkə də məni döyəcəkdilər. Məktəbdə məni göstərərək deyir ki, bu tərbiyəsizi məktəbdə niyə saxlamısız?”Təhqir olunmuş müəllimə baş verənlərin ona pis təsir etdiyini bildirdi: “Mənim 52 yaşım var, 30 ilin müəlliməsiyəm. Belə şey mənə çox ağır gəldi. Mən insanlığı tərənnüm edirəm, döymək mənim metodlarıma daxil deyil. İnanın ki, o şagirdə barmağımın ucu da dəyməyib. Bu gün baş verənlərdən şagirdlərim də xəbər tutmuşdu. Mən sinifə qayıtdıqda diz çöküb ağlayırdılar ki, müəllimə, sinifdən getmə. Elə bilirdilər, məni məktəbdən qovacaqlar.”Məktəbin təhsil üzrə direktor müavini Tünzalə Həsənova isə müəlliməni təhqir edən valideyn barədə ölçü götürəcəklərini dedi: “Təhsil ocağında belə şeyin baş verməsi biabırçılıqdır. Biz bu hadisəni aktlaşdırmışıq və həmin valideyni polisə verəcəyik.”Bununla bağlı AZXEBER.COM-a açıqlama verən şagirdin valideyni bildirib ki, bu hadisədən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın da məlumatı var və o məsələnin araşdırılacağına, günahkarların cəzalandırılacağına söz verib.  Ceyhun
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı