Bakıda sakinlərə pulsuz suvenirlər paylanacaq

GƏNCLİK
15:29 17.12.2012
2667

İnsanlarımız heç fərqinə də varmadan ekologiyaya zərər verirlər.

Təbiət çirklənir. Beləliklə də bu çirkli mühitdə yaşayaraq daha ciddi xəstəliklərlə üzləşirik.AZXEBER.COM-un məlumatına görə, bu fikirləri Dünya Gənclər Alyansı İctimai Birliyinin sədri Türkan Sədirova “Mənim şəhərim – mənim evim” layihəsinin təqdimat mərasimində deyib.O bildirib ki, layihə çərçivəsində şəhərin təkrar zibillənməməsi üçün kağız bukletlər və digər materiallar paylanmayacaq.“Çünki bunlar kağızdan olduğu üçün demək olar ki, əhalinin çox hissəsi onları oxuyub yerə atır. Bununla da ətraf aləm çirklənməyə məruz qalır. Biz ətrafı çirkləndirmək yox, bu problemdən qurtarmağa çalışırıq”.Sədr həmçinin vurğulayıb ki, paylanacaq suvenirlər isə gündəlik istifadədə olmaqla hər an şəhərimizin təmiz saxlanılmasının vacibliyini xatırladacaq.“Layihə çərçivəsində kişilər üçün 610 ədəd breloq, qadınlar üçün 610 ədəd güzgü, 3000 ədəd stiker, 620 ədəd isə ətirli asılqan paylanacaq. Layihənin icra müddəti 1 aydır. İnanıram ki, bu layihənin effekti gözəl nəticələr verəcək”.Qeyd edək ki, layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə Milli Parkda “Şəhərimizi təmiz saxlayaq” şüarı altında keçiriləcək.

OXŞAR XƏBƏRLƏR