Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Bakıda Dənizkənarı Milli Parkda improvizasiya olunmuş velosiped yürüşü baş tutub.
Velosiped yürüşündə iştirak edənlər Şaxta babalar olub.
Yürüşün sonunda uşaqlara hədiyyələr verilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin qeyd etdiyi kimi, bu il çoxlu velosiped yarışları keçirilib. 2012-ci ilin mayında Azərbaycanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk beynəlxalq velotur keçirilib. Bundan əlavə, müxtəlif regionlarda velosiped yarışları keçirilib. Sentyabr ayında isə Azərbaycan velosipedçiləri Hollandiyada 48-ci Avropa çempionatında iştirak ediblər.(gun.az)