DİN məlumat yaydı.
Bakı şəhər sakini Vüsal Nuriyev saxta diplom satarkən saxlanılıb.
Daxili İşlər Nazirliyindən AZXEBER.COM -a verilən məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüsal Nuriyev Rövşən Məmmədovun adına hazırladığı Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomunu şərti alıcıya 7 000 ABŞ dollarına satarkən saxlanılıb.