Bakıda seçkilərlə bağlı 296 məntəqədə kamera quraşdırıldı

Bakıda seçkilərlə bağlı 296 məntəqədə kamera quraşdırıldı
Bütün Xəbərlər
15:15 13.09.2013
611

Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq hər kəs Azərbaycanda keçirilən seçki prosesini izləyə bilər

Azərbaycanda keçiriləcək prezident seçkilərinin hər kəs tərəfindən müşahidə aparmasını təmin etmək məqsədi ilə paytaxtda yerləşən 296 seçki məntəqəsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi tərəfindən kameralar quraşdırılıb. AZXEBER.COM  Rabitə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, seçki günü istər Azərbaycan vətəndaşları, istərsə də dünyanın digər yerlərində yaşayan insanlar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq Azərbaycanda keçirilən seçki prosesini izləyə bilər. Bu barədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorunun müavini Xankişi Kişiyev məlumat verib. O, bildirib ki, bu vaxta qədər ölkədə keçirilən seçkiləri izləmək mümkün olub, sadəcə olaraq bu dəfə kameraların sayı artırılıb: “Hazırda paytaxtda cəmi 8 seçki məntəqəsinə kamera quraşdırılmayıb. Bunun da əsas səbəbi həmin məntəqələrin yerləşdiyi məktəblərdə təmir işlərinin aparılmasıdır. Lakin nəzərinizə çatdırım ki, yaxın günlərdə təmir işləri başa çatacaq. Bundan sonra biz həmin məntəqələrə də kameraları quraşdıracağıq. Bir sözlə qeyd edim ki, seçki günündə bütün məntəqələr kameralarla tam təmin olunacaq. Ona görə də MSK-nın saytı vasitəsilə seçki prosesini izləmək istəyən şəxslər hər hansı bir problemlə qarşılaşmayacaqlar”. X.Kişiyev bildirib ki, seçki məntəqələrində quraşdırılan kameralarla bağlı artıq sınaqlar keçirilib və yüksəksəviyyəli, keyfiyyətli görüntüyə nail olunub.

OXŞAR XƏBƏRLƏR