Bakıda şəhidin adını daşıyan şadlıq sarayının rəhbəri danışdı- VİDEO

Bakıda şəhidin adını daşıyan şadlıq sarayının rəhbəri danışdı- VİDEO
Bütün Xəbərlər
18:09 29.10.2014
1688

“Şəhidin anasının xahişinə əsasən onun adına ithaf etmişik”

Şəhidin adına şadlıq sarayının mövcudluğu təəccüblüdür. Amma bu şadlıq sarayı fəaliyyət göstərir, özü də artıq 3 aydır.

AZXEBER.COM ans-ə istinadən xəbər verir ki, Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən əvvələr şəhid İlqar Abbasovun adına mədəniyyət sarayı kimi tanınan bina artıq şadlıq sarayı kimi fəaliyyət göstərir. Təyinat dəyişsə də, şəhidin adı bu obyektdən götürülməyib. Bir neçə gündür ki, sosial şəbəkələrdə və xəbər saytlarında yayımlanan bu xəbər müzakirə olunmaqdadır. Qəsəbə sakinləri deyr ki, yaşadıqları yerdə vur-tut bir mədəniyyət evi olub ki, o da indi şadlıq sarayına çevrilib.

Sakin Tofiq Mirzəyevin sözlərinə görə, mədəniyyət evini özəlləşdirərək şadlıq sarayı ediblər.

Amma şadlıq sarayınının rəhbərliyi unikal addım ataraq şəhidin adını sarayın girişindəki qapı üzərinə vurub. Şadlıq evindən bir nəfər bildirdi ki, burda nə iş aparılıbsa, hamısı qanuni şəkildədir.

Daha sonra məlum oldu ki, bizimlə söhbət edən şəxs elə şadlıq evinin rəhbəri Əli Hüseynovdur. Onun sözlərinə görə, sarayın içərisində şəhidin xatirəsinə ucaldılmış büst də yerində qalmaqdadır. Şadlıq sarayının rəhbərinin dediyinə görə, elə toy məclisinə gələnlər həm abidəni ziyarət etmiş olur, həm də toyda əylənə bilir. Mədəniyyət evinin şadlıq sarayı kimi fəaliyyət göstərməsinə gəlincə, Əli Hüseynov bildirdi ki, o, əvvələr elə mədəniyyət evinin müdiri olub. Və sonradan buranı özəlləşdirib.

“Şəhidin anasının xahişinə əsasən onun adına ithaf etmişik”.

Əli bəy onu da dedi ki, mədəniyyət evinin şadlıq sarayı kimi fəaliyyəti artıq 3 aydır davam edir. Qaradağ Rayon İcra Hakimiyyətinin, Sahil qəsəbə nümayəndəliyi isə problemə bir mənalı yanaşmadı. Şifahi olaraq bildirdi ki, sahibkar həmin obyekti satın alıb. Oranın nə cür istifadəsi isə artıq bizim işimiz deyil. Bu cavabla kifayətlənməyib rayon icra hakimiyyətə üz tutduq. İcra hakimiyyəti başçısının müavini bildirdi ki, qəsəbədə yerləşən mədəniyyət evi Qaradağ Sement zavodunun balansında olub. Sözügedən zavod bağlandıqdan sonra onun balansında olan binalar da satışa çıxarılıb. “Bəs, qəsəbədə başqa mədəniyyət evi varmı?” sualına müavin “bu yaxınlarda Gənclər Evi tikiləcək” cavabını verdi. Mədəniyyət və Turizm Nazirliyindən isə məsələyə yalnız araşdırmalardan sonra cavab veriləcəyi bildirildi.

OXŞAR XƏBƏRLƏR