Bakıda dəhşətli yol qəzası baş verib.
Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gecə səhərə yaxın Hövsan yolunda qeydə alınıb.
175 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı marşrut avtobusu yolu keçən iki nəfəri – 1974-cü il təvəllüdlü Təranə Hidayət qızı Cəlilova və 1968-ci il təvəllüdlü Şahnaz Xanış qızı Rəhimovanı vurub. Nəticədə hər iki piyada aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(APA)