Bakıda sərnişin avtobusu "KamAZ"la toqquşdu, yaralılar var

Bakıda sərnişin avtobusu "KamAZ"la toqquşdu, yaralılar var
Bütün Xəbərlər
10:20 25.09.2012
1421
Bu gün Bakıda sərnişin avtobusu "KamAZ" markalı yük maşını ilə toqquşub. Hadisə saat 08.30 radələrində Binəqədi şossesi, “Söyüdlər” adlanan ərazidə qeydə alınıb.142 saylı xətt marşrutun düşdüyü qəza nəticəsində avtobusda olan sərnişinlər xəsarət alıb. Binəqədi şossesində, “Söyüdlər” adlanan ərazidə baş vermiş avtobus qəzasında zərər çəkmiş sərnişinlər Bakı Travmotologiya və Ortapediya İnstitutuna gətirilib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkim həkimi, doktor Zemfira Vahidova ANS PRESS-ə bildirib ki, zərər çəkmiş sərnişinlərdən iki nəfər kişi təcili yardım stansiyasının vasitəsi ilə adıçəkilən instituta gətirilib. Qalan bir neçə nəfər isə təcili yardım maşınları hadisə yerinə çatana qədər müxtəlif nəqliyyat növləri ilə xəstəxanaya çatdırılıblar. 
OXŞAR XƏBƏRLƏR