Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Bütün Xəbərlər
12:27 05.12.2013
498

Bakıda sərnişin avtobusu daha bir qəza törədib. 

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə dekabrın 4-də saat 06.00 radələrində paytaxtın Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Zemfira Əlibala qızı vurulub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Daewoo” markalı avtobusun sürücüsü, Gürcüstan vətəndaşı Fəxri Rüstəmov tutulub.(APA)

OXŞAR XƏBƏRLƏR