Bakıda sərnişin avtobusu qadının üstündən keçib qaçdı

Bakıda sərnişin avtobusu qadının üstündən keçib qaçdı
Bütün Xəbərlər
12:40 18.02.2013
1772

Bakının Yasamal rayonunda sərnişin avtobusu ağır qəza törədib.

Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən saat 12 radələrində “Xalq Faiqoğlu” MMC-yə məxsus 188 saylı “İsuzu” markalı avtobus sürücüsü 46 yaşlıŞəhla Quliyevanı vuraraq qaçıb. Xiyabani küçəsi ev 241-in qarşısında baş vermiş yol qəzası zaman qadın dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma və yol nəqliyyat hadisəsi yerindən qaçma maddələri ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR