Bakıda qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə 135 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda baş verib. Xırdalan şəhərindən Bakıya gələn avtobusda ər arvadını bıçaqlayıb. Avtobus "Şamaxinka" adlanan ərazidə dayanıb və hadisəni törədən kişi qaçıb. Bıçaqlanan qadın isə Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Xəstəxanadan APA-ya bıçaqlanan qadının öldüyünü təsdiqləyiblər. Məlumata görə, qətlə yetirilən 1968-ci il təvəlllüdlü Şəmiyeva Fatma Məhəmməd qızıdır.
Faktla bağlı araşdırma aparılır.

