Bakıda sərnişin avtobusunda qadına qarşı iyrənc əməl
Bütün Xəbərlər
10:30 29.09.2014
3653
Bakının Nəsimi rayonu ərazisində sərnişin avtobusunda biabırçı hadisə baş verib.Bakı şəhər Baş polis İdarəsindən verilən məlumata görə, hadisə 86 saylı xətt avtobusunda qeydə alınıb.Həmin avtobusda sərnişin Dünyaxanım Lətifova hücuma məruz qalıb. Naməlum şəxs onun 40 маnat və şəxsiyyət vəsiqəsi olan əl çantasını oğurlayıb.Şikayət əsasında qadının çantasını oğurlayan şəxs tutulub. Onun 1980-cı il təvəllüdlü Баkı şəhər sakini olduğu məlum olub.Qeyd edək ki, əməliyyat Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsiнин əməkdaşları tərəfindən keçirilib. Axtarış zamanı ondan 0,291 qram heroin aşkar olunub.