Bakıda sərnişin mikroavtobusu yük maşını ilə toqquşdu - Ölən və yaralananlar var - FOTOLAR

Bakıda sərnişin mikroavtobusu yük maşını ilə toqquşdu - Ölən və yaralananlar var - FOTOLAR
Bütün Xəbərlər
15:54 23.10.2014
1880
Bakıda sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Hadisə Bakı-Qazax yolunun 16-cı kilometrliyində qeydə alınıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 JB 642 dövlət nömrə nişanlı, “Ford” markalı yük maşını ilə 10 LK 183 dövlət nömrə nişanlı “Ford” markalı sərnişin mikroavtobusu toqquşub. İlkin məlumata görə, qəza zamanı mikroavtobusda olan iki nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alıb.
Meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən mikroavtobusdan çıxarılıb.
OXŞAR XƏBƏRLƏR