Old School kafesində keçirilən layihə təqdimatında onlarla gənc iştirak edib.
AZXEBER.COM-un məlumatına görə, layihə rəhbəri Gülər Qasımova Azərbaycanda audio kitablar barədə danışıb. Səsli kitab Azərbaycanda ilk belə davamlı layihədir. Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun dəstəyi ilə 18 hekayə tərcümə edilərək səsləndiriləcək və yüzlərlə diskə yazılaraq görmə qüsurlu şəxslərə paylanacaq. Bundan başqa artıq 3 aydır ki Azərbaycanda sırf səsli kitabların cəmləndiyi sayt mövcuddur. Həmçinin sosial şəbəkələrdə də iş aparılır. Məqsəd daha çox insana çatmaqdır ki, görmə qüsurlu və ya istəyib də vaxt qıtlığından oxuya bilməyən şəxslər səsli kitablardan yararlana bilsinlər. Facebook sosial şəbəkəsində seslikitab səhifəsində artıq minlərlə üzv toplaşıb. Seslikitab.az saytında qırxa yaxın əsər səsləndirilib. Saytda həmçinin uşaq ədəbiyyatı bölməsi də var. Gələcəkdə bu üzrə işlərin daha geniş və daha professional şəkildə keçiriləcəyi gözlənilir.