Bakıda sevgilisi ilə birləşib ərini doğrayan qadından yeni xəbər var

Bakıda sevgilisi ilə birləşib ərini doğrayan qadından yeni xəbər var
KRİMİNAL
02:15 16.10.2015
4842

Bir müddət əvvəl Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

AZXEBER.COM xəbər verir ki,APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin qərarı ilə L.Mahmudova və S.Məmmədovun hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun qətl hadisəsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, paytaxtın hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.Belə ki, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixdən itkin düşməsi barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin tarixdə saat 03 radələrində Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub əri K.Mahmudovu öldürmək məqsədi ilə sonuncuların yaşadığı mənzilə gəlib.S. Məmmədov K. Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyiti L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək özünə məxsus BMW markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıblar.Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Mahmudovun meyiti qeyd olunan ərazidə aşkar edilərək çıxarılmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülüb.Cinayətin S.Məmmədov və L.Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar oktyabrın 3-də tutularaq istintaqa cəlb olunublar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir