Paytaxtda müxtəlif ünvanlardan oğurluq edilməsi barədə polisə daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Maksim Mahmudov saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, araşdırmalarla onun Bakı şəhəri ərazisində müxtəlif ünvanlardan ayrı-ayrı şəxslərə məxsus çantaları, bank kartlarını və müxtəlif məbləğlərdə pul vəsaitlərini taladığı müəyyən edilib.
Araşdırma aparılır.











































