Bakıda sürücü avtobusu müfəttişlərin üzərinə sürdü

Bakıda sürücü avtobusu müfəttişlərin üzərinə sürdü
Bütün Xəbərlər
08:22 18.10.2012
1054
Son aylar ölümlə nəticələnən avtobus qəzalarının artması Nəqliyyat Nazirliyinin konkret addımlar atmağa sövq edib. Qurum avtobus sürücülərinə qarşı reydlərə başlayıb. Məlum olub ki, marşrut avtobuslarında işləyən sürücülərin çox hissəsi qanunsuz fəaliyyət göstərir. Cərimələnən isə həmin sürücünü işə götürən özəl şirkət sahibləri yox, məhz sürücülərin özləri olub.“20 yanvar” metrosunun yaxınlığında təşkil olunan reyddə kifayət qədər qayda pozuntularının şahidi olduq. Sənədlərin yoxlanılması zamanı bəzi taksi sürücülərinin bu işlə məşğul olması üçün lisenziyaların olmaması ortaya çıxdı.Yoxlama zamanı müfəttişlər təhlükəli anlar da yaşadılar. Belə ki, reydlərdən qəzəblənən mikroavtobus sürücüsü maşını müfəttişlərin üzərinə sürdü.Avtobuslarda yoxlamalar zamanı bir sıra qayda pozuntuları aşkarlandı. Burada avtobusun qapısını açıq qoyaraq nəqliyyat vasitəsini idarə edənlər də tapıldı, hətta sürücülük vəsiqəsi olmadan sərnişin daşıyana da rast gəlindi.Nəqliyyat Nazirliyinin dövlət avtomobil nəqliyyatı xidimətinin Bakı regional şöbəsinin rəis müavini Əmrah Cəfərovun sözlərinə görə, 9 ay ərzində aparılan reydlər zamanı sərnişin daşıyan nəqliyyat vasitələrində xeyli sayda qeyri-qanuni hal qeydə alınıb. Bunun nəticəsində həmin nəqliyyat vasitələrinin sürücüləri ümumilikdə 412 min manat məbləğində cərimələnib.
OXŞAR XƏBƏRLƏR