Bakıda sürücü avtomobilində qətlə yetirildi

Bakıda sürücü avtomobilində qətlə yetirildi
Bütün Xəbərlər
11:21 05.08.2015
1059
Bakıda qətl törədilib.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 2-də Badamdar qəsəbəsi "Bəyoğlu" restoranının qarşısında qeydə alınıb.
Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Həmid Paşayevin meyidi taksi kimi istifadə etdiyi "Nissan" markalı avtomobilində tapılıb. Meyidin müayinəsi zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilib.
Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR