İnşaatçılar prospekti ilə Haqveriyev küçəsi istiqamətində hərəkətdə olan olduğu “BMW-X5” markalı avtomobil qəzaya uğrayıb.
AZXEBER.COM-un hadisə yerində olan müxbirinin sözlərinə görə, yüksək sürətlə hərəkət edən avtomobil sürətlə reklam lövhəsinə çırpılıb.
Hadisə nəticəsində sürücü xəsarət almasa da avtomobilə böyük ziyan dəyib.
Faktla bağlı araşdırma başladılıb.




