Ötən gecə saat 02:50 radələrində Bakı şəhərində sürücü piyadanı soyub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Bakı-Qazax yolunda “VAZ-2106” markalı avtomobili idarə edən naməlum sürücü Şirvan şəhər sakini Elməddin Cahangirovun qarşısını kəsərək, ondan içərisində 550 manat olan əl çantasını alıb.Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Söhbət Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə birlikdə iyunun 30-da yaxalanıb.Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə axtarışda olan şəxs tutulub. Tutulan İlqar İsmayılov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsilə axtarışda olub.