Bakıda sürücü yol polisi idarəsinin qarşısında öldü

Bakıda sürücü yol polisi idarəsinin qarşısında öldü
Bütün Xəbərlər
13:00 21.04.2012
1699
Bakıda müəmmalı ölüm hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, M.Useynov küçəsində, Səbail rayon Dövlət Yol Polisi İdarəsinin qarşısında 51 yaşlı kişi qəfildən ölüb. Məlumata görə, Bakı şəhərinin Binəqədi rayon sakini olan 1961-ci il təvəllüdlü Abdullayev Pünhan Aydın oğlu idarə etdiyi “KamAZ” markalı yük maşınında olarkən özünü pis hiss edib. O, maşını polis idarəsinin qarşısında saxlayıb və avtomobildən düşər-düşməz yıxılaraq ölüb. İlkin ehtimala görə, P.Abdullayev ürək çatışmazlığından vəfat edib.
OXŞAR XƏBƏRLƏR