Bakıda sürücülər dalaşdı, sərnişin öldü

Bakıda sürücülər dalaşdı, sərnişin öldü
Bütün Xəbərlər
11:30 10.12.2012
1586

Bakı-Qazax yolunda sürücülər arasında başlayan mübahisə ölümlə nəticələnib.

Bakının Qaradağ rayonu prokurorluğundan verilən məlumata görə, Sanqaçal qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobilin sürücüləri arasında bir-birilərinə yol verməmək üstündə mübahisə yaranıb. Mübahisə zamanı sərnişinlərdən biri – 1985-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Rafiq Abbasov digər avtomobildəki şəxs tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Hadisəni törədən şəxs avtomobilə minərək ərazidən uzaqlaşıb.

Prokurorluqdan bildirilib ki, hadisəni törədən şəxsin kimliyinin müəyyən edilməsi və tutulması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR