Bakıda sürüşmə baş verdi - TƏHLÜKƏ

Bakıda sürüşmə baş verdi - TƏHLÜKƏ
Bütün Xəbərlər
19:23 01.12.2012
1355
Bakının Səbail rayonu ərazisində sürüşmə baş verib. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Sürüşmə saat 13:00 radələrində Badamdar qəsəbəsindən 20-ci kilometrə gedən avtomobil yolunun sağ tərəfində, "Bəyoğlu" restoranın qarşısındakı ərazidə baş verib. Sürüşmənin eni 180-220 metr, uzunluğu 250 metrə qədər, çatın görünən dərinliyi isə 4-5 metrə qədərdir.
Əraziyə baxış keçirilib, hadisə ekspertlər tərəfindən qiymətləndirilib.
ETSN Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov Trend-ə bildirib ki, sürüşmənin səbəbi ərazidə yeni tikilən evlərin kanalizasiya suyunun yamaca axıdılmasıdır.
Qaralovun sözlərinə görə, hazırda ərazidə qərginlik davam edir və arta bilər. O qeyd edib ki, əgər sürüşmə davam edərsə və müfaviq tədbirlər görülməzsə, yamacın üstündə yerləşən yaşayış binaları üçün böyük təhlükə yarana bilər. Eyni zamanda sürüşmə yamacdan aşağıya doğru da hərəkət edə bilər.
OXŞAR XƏBƏRLƏR