Bakıda söyüş ölümlə nəticələndi - VİDEO

Bakıda söyüş ölümlə nəticələndi - VİDEO
Bütün Xəbərlər
02:51 15.07.2014
719
Binəqədi rayonu, Biləcəri qəsəbə sakini Həsənov Samir Sabir oğlu tanışları ilə söyüş üstündə kəsdiyi münasibəti, elə söyüş üstündə də nöqtəsini qoyub.Samirin sözlərinə görə, yaxın tanışları Şəhriyar və Fərid Həsənov qardaşları ilə Biləcəri qəsəbəsində normal münasibətlər şəraitində yoldaşlıq ediblər. Hətta bir idman kompleksində məşq etməklə yanaşı, ibadətlərini də bir yerdə ediblər. Amma Şəhriyar və Fəridin tez-tez kobud ifadələr işlətməsi onu Həsənov qardaşlarından ayırıb.Amma müddət ötdükcə bu soyuqluq daha da genişlənib. Nəticədə Samir, Həsənov qardaşlarından onun ünvanına nalayiq ifadələrin işləndiyi eşidir. Söhbətə aydınlıq gətirmək üçün Samir, Şəhriyar və Fəridi söhbətə çağırıb. Qarşı tərəf də onun bu çağırışını diqqətsiz qoymayıb. Görüş yeri kimi isə qəsəbənin mərkəzi parkının qarşısı seçilib. Samir söhbətə cibinə biçaq qoyaraq gedib. Amma qardaşlar da görüşə hazırlıqlı gəliblər.Fəridi biçaqlayan Samir daha sonra Şəhriyara da bir zərbə endirib. Nəticədə boğaz nahiyəsindən xəsarət alan Fərid hadisə yerində keçinib. Şəhriyar isə xəstəxanalıq olub. Binəqədi polisi tərəfindən hadisədən dərhal sonra saxlanılan Samir istintaqa təhvil verilib. Aparılan araşdırmalar zamanı Həsənov qardaşlarının istifadə etdiyi silahın pnevmatik tapança olduğu müəyyən edilib. Amma dostlarını qanına qəltan edən Samir öz əməlinə belə haqq qazandırmağa çalışıb.İki ailəni bir-birinə düşmən olmasına gətirib çıxaran söyüş, yəqin ki, uzun illərin ədavətinə çevirilmədən sona çatar. Amma cinayət də cəzasız qalmır.
//ans
OXŞAR XƏBƏRLƏR