Bakıda söyüş üstündə fəhlə fəhləni öldürdü

Bakıda söyüş üstündə fəhlə fəhləni öldürdü
Bütün Xəbərlər
11:52 10.09.2014
1600
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Dünən Bakının Nizami rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Bəhruz Nuriyev küçəsində 21 yaşlı Cəfər Teymurovu qətlə yetirən 22 yaşlı Şahnamiz Hüseynov onu söyüş üstündə bıçaqladığını deyib.
Məlum olub ki, hər iki şəxs əvvəlcədən bir-birini tanıyırlarmış və münasibətləri olub. Dünən isə onlar B.Nuriyev küçəsində yaşadıqları binanın həyətində qarşılaşıblar və söhbət ediblər. Söhbət əsnasında gənclərin sözü çəpləşib. Ş.Hüseynovun sözünə görə, Cəfər onu söyüb və əsəblərinə hakim ola bilməyərək tanışını bıçaqlayıb.
Qeyd edək ki, hər iki şəxs müxtəlif tikinti sahələrində fəhləlik edirlərmiş.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
OXŞAR XƏBƏRLƏR