Bakıda taksi sürücüsünü döyən nazirlik işçilərini siz də tanıyın - VİDEO
Bütün Xəbərlər
18:09 09.01.2013
4092
Nəqliyyat müfəttişi və taksi sürücüləri arasında "Santa Barbara" serialı kimi uzanan davaların növbəti seriyası bu gecə çəkilib. 7-yə yaxın müfəttiş taksi sürücüsünün üzünə, bədəninə yumruqlarını elə çəkiblər ki, sürücü xəstəxanalıq olub. Sürücü fəaliyyətini qanuni şəkildə davam etdirdiyini deyir. Bəs onda dava nəyin davası olubmuş? Bunu araşdırmağa çalışmışıq.Artıq taksi sürücüsü Rasim İsmayılova ağır bədən xəsarəti yetirən şəxs, “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin əməkdaşı Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinə çağırılıb və hadisə barədə ifadə verib. Faktla bağlı tibbi ekspertizaların rəyi məlum olandan sonra isə toplanmış materiallar cinayət işinin başlanılması üçün Binəqədi rayon prokurorluğuna göndəriləcək.Qeyd edək ki, Rasim İsmayılova yetirilən xəsarətlər xüsusən də göz nahiyyəsinə vurulan zərbələr ağır olduğundan o, hazırda Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının göz cərrahiyyəsi şöbəsində müalicə olunur.Yeri gəlmişkən qeyd edək ki, Rasim İsmayılovun taksi sürücüsü işləmək üçün lazımi sənədləri və lisenziyası var. Dediyinə görə, onu döyən müfəttişlər əllərini yox, dillərini işə salıb özlərini təqdim etsəydilər, sənədlərini onlara təqdim edərdi.Nəqliyyat Nazirliyindən də məsələyə münasibət öyrəndik. Nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Namiq Həsənovun sözlərinə görə, taksi sürücüsü Rasim İsmayılov nəqliyyat müvəttişinin sənədlərini göstər tələbini yerinə yetirmədiyindən aralarında mübahisə yaranıb və müfəttiş taksiyə əyləşib. İnsident də bundan sonra baş verib. İlk olaraq da taksi sürücüsü müfəttişə zərbə endirib.NN-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Namiq Həsənov: “Hansı günahkar olsa, vəzifəsindən asılı olmayaraq hüqüqi qiymət veriləcək”.Xatırladaq ki, taksi sürücüsü ilə nəqliyyat müfəttişi arasında yaranan insident dünən axşam saatlarında avtovağzal ərazisində baş verib.