Bakıda təcili yardım avtomobilinin sürücüsü döyülüb
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Bakı Şəhər Təcili Təxirəsalınmaz yardım stansiyasının Sabunçu şöbəsinin təcili yardım avtomobilin sürücüsü, 1965-ci il təvəllüdlüƏnvər Seyid oğlu Əliyevçağırış üzrə getdiyi Havər Vəliyev küçəsində kirayə yaşayan 1980-ci il təvəllüdlüAmidadlı şəxs tərəfindən döyülüb. Polisdən həmçinin bildiriblər ki, sürücünün döyülməsinə səbəb çağırış yerinə gec gəlməsi olub. Ə.Əliyev xəsarətlə 3 saylı şəhər Klinik xəstəxanasına yerləşdirilib.