Bakının Nəsimi rayonu ərazisində yanğın hadisəsi baş verib.
AZXEBER.COM-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Nəsimi rayonu, 3 mkr Hüseynbala Əliyev 52 ünvanında yerləşən binada yanğın hadisəsi baş verib. Pakistan vətəndaşlarının kirayəşin kimi yaşadığı evdəki yanğın DYMX-nin Binəqədi rayon Yanğından MühafizəHissəsinin əməkdaşları tərəfindən söndürülüb.
Növbətçi hissə rəisinin AZXEBER.COM-a verdiyi məlumata görə, ilkin ehtimala görə yanğına televizorun açıq qalması səbəb olub.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Əfsələddin Ağalarov