Bakıda tibb mərkəzinin direktoru qadın həkimdən polisə şikayət etdi

Bakıda tibb mərkəzinin direktoru qadın həkimdən polisə şikayət etdi
Bütün Xəbərlər
11:07 23.09.2015
1470
Bakıda fəaliyyət göstərən "Atlas" Tibb Mərkəzində mənimsəmə faktı qeydə alınıb.
Bu barədə "Report"a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, tibb mərkəzinin rəhbərliyi Xətai RPİ-yə ərizə ilə müraciət edib. Ərizədə bildirilib ki, orada həkim işləyən 39 yaşlı İradə Vəliyeva "Atlas" Tibb Mərkəzinin 35 min manat pulunu mənimsəyib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, RPİ-yə daxil olan ərizəni "Atlas" Tibb Mərkəzinin direktoru imzalayıb.
OXŞAR XƏBƏRLƏR