Bakıda toyda afrikalı zənci öldü

Bakıda toyda afrikalı zənci öldü
Bütün Xəbərlər
19:25 14.02.2012
2208
Fevralın 13-də Bakıda keçirilən toy mərasimində Cənubi Afrika Respublikasının (CAR) vətəndaşı ölüb. Paytaxtın Nərimanov rayonu ərazisindəki şadlıq evində keçirilən mərasimə qonaq gələn 1958-ci il təvəllüdlü Vander Spiye Saudranın vəziyyəti qəfildən pisləşib və o yıxılıb. 54 yaşlı V.Saudra təcili tibbi yardım maşını xəstəxanaya gətirilsə də, onun öldüyü məlum olub. CAR vətəndaşının hansı səbəbdən öldüyü hələlik bilinmir. Qeyd edək ki, dünyasını dəyişmiş əcnəbi vətəndaş Bakıda fəaliyyət göstərən firmalardan biri ilə əməkdaşlıq edirmiş. O, Bakının Afiyəddin Cəlilov küçəsi ev 4, mənzil 28-də qeydiyyatda olub.
OXŞAR XƏBƏRLƏR