Bakıda toyda dava düşdü

Bakıda toyda dava düşdü
Bütün Xəbərlər
11:37 25.08.2014
2663
Bakının Yasamal rayonu ərazisində toyda dava düşüb.
AZXEBER.COM xəbər verir ki, Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə hadisə axşam saatlarında rayon ərazisindəki restoranalrın birində qeydə alınıb. Dava zamanı bir neçə nəfər yüngülcə xəsarət alıb.
Dava iştirakçıları polis tərəfindən bölməyə gətirilərək izahatları alınıb.
Toyda baş verən davanın səbəbinə gəlincə, hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, hər şey içkinin təsirindən olub.
Belə ki, toyun sonlarına yaxın musiqi sifarişi üstündə mübahisə yaranıb. Bəyin qohumlarından biri xüsusi musiqi sifariş edib və həmin musiqidə tək rəqs edəcəyini bildirib. Lakin musiqi səslənən vaxt digər qonaqlar da rəqsə qoşulub. Bu zaman musiqi sifariş verən qohum miqrafonu əlinə götürərək həmin şəxsləri təhqir etməyə başlayıb. Nəticədə dava düşüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR