Bakıda Türkiyə vətəndaşını ölümcül hala saldılar

Bakıda Türkiyə vətəndaşını ölümcül hala saldılar
Bütün Xəbərlər
15:16 27.06.2013
1179

Yaralı xəstəxanaya yerləşdirilib

Bu gün Bakı şəhərinin Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Bakı-Ələt yolunun 70-ci kilometrliyində SOCAR YDM-nin yaxınlığından Türkiyə vətəndaşı Soylu Seyran ağır bıçaq xəsarətləri ilə Mərkəzi Klinik Xəstəxanaya gətirilib. Yaralının döş qəfəsinin sol tərəfində və boğazında daxilə nüfuz edən xəsarətlər aşkarlanıb. Faktla əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR