Bakının Yasamal rayonu ərazisində türkiyəli tələbənin özünə qəsd etməsinin səbəbi məlum olub.
Rayon Prokurorluğundan bildirildi ki, üç gün əvvəl Abdulla Şaiq küçəsi, ev 214, mənzil 104-də yaşayan Türk Anadolu Liseyinin tələbəsi, 15 yaşlı Türkiyə vətəndaşı Kaplan Mine İbrahim qızı damarlarını ülgüclə doğrayıb. Həkimlərin müdaxiləsi nəticəsində onu həyata qaytarmaq mümkün olub.
Anası türk, atası azərbaycanlı olan qızın özünə qəsd etməsinin səbəbi onun istintaqa verdiyi ifadəsindən sonra məlum olub. M.Kaplan dindirmə zamanı deyib ki, özünə qəsd etməsi təhsilindəki problemlərlə bağlıdır. Oxuduğu məktəbdə imtahanları müvəffəqiyyətlə verə bilmədiyindən sinifdə qalıb. Hər dəfə öz tələbə yoldaşlarını yuxarı sinifdə görəndə özünü təhqir olunmuş hiss edirmiş. Ona görə də özünü öldürməklə həyatına son qoymaq istəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
//milli.az