Bakıda üç avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib - FOTOLAR
Bütün Xəbərlər
10:12 27.01.2014
1435
Bakının Nəsimi rayonunda üç maşınının toqquşması ilə nəticələnən yol qəzası baş verib.APA-nın məlumatına görə, Azadlıq prospekti ilə "28 May" adına metrostansiyaya doğru hərəkət edən "Opel Astra" markalı minik avtomobili qarşıda hərəkət edən "Hyundai Tucson" və "Mercedes Benz"lə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən verilən məlumata görə, qəzaya "Opel Astra" markalı avtomobilin yağışlı hava ilə əlaqədar sürüşərək digər maşınlarla toqquşması səbəb olub. Qəza ilə bağlı prospektdə tıxac meydana gəlib. Əraziyə çağırılan evakuatorlar vasitəsi ilə hər üç maşın hadisə yerində götürülüb. Prospektdə nəqliyyatın hərəkəti yenidən bərpa olunub.