Hadisə Şüvəlan qəsəbə sakini Orxan Mirzəyevin evində baş verib.
Bakıda Ukrayna vətəndaşı yanaraq ölüb.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.
Qəsəbə sakini Orxan Mirzəyevin evində yanğın baş verib. Nəticədə orada gözətçi işləyən Ukrayna vətəndaşı Aleksandr Spasuk termiki yanıq xəsarətlərilə xəstəxanaya gətirilib.
Həkimlər onun həyatını xilas edə bilməyib.