Bakıda ürəyi gedən qızın telefonunu oğurladılar

Bakıda ürəyi gedən qızın telefonunu oğurladılar
Bütün Xəbərlər
10:01 19.07.2013
1415

Bakıda 19 yaşlı qızın telefonu oğurlanıb. 

Yasamal Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Mustafayev küçəsi, ev 57 ünvanında yaşayan, 1994-cü il təvəllüdlü Leyla Namiq qızı Qafarova yaşadığı ünvanın qarşısında vəziyyəti pisləşərək özündən gedib. Vəziyyəti normallaşdıqdan sonra L. Qafarova özünə məxsus “Samsung Galaxy S2” markalı mobil telefonunun oğurlandığını şahidi olub. 

Hazırda telefonu oğurlayan şəxsin tapılması istiqamətində iş aparılır.

OXŞAR XƏBƏRLƏR